Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.01.2025 / Bölgə xəbərləri

Cəlilabadda gənclərin milli-mənəvi ruhda tərbiyəsi mövzusu müzakirə olunub

Yanvarın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsinin təşkilatçılığı ilə Cəlilabad rayonunda “Yeniyetmə və gənclərin radikalizmdən qorunması, milli-mənəvi ruhda tərbiyəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin müdiri Elvin Hüseynli və bölmənin əməkdaşları, Cəlilabad şəhər “Cümə” məscidinin imamı Mikayıl Mirzəyev, din xadimləri, icma sədrləri, eləcə də gənclər iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların dövlətçilik məfkurəsi ətrafında sıx birləşməsi kimi vacib və aktual vəzifələr bu gün dövlətin gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Vurğulanıb ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişməsi olduqca vacibdir.

Sonda iştirakçıların sualları cavablandırılıb.