Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.02.2025 / Bölgə xəbərləri

Cəlilabadda “Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması” mövzusu müzakirə olunub

Fevralın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması” mövzusu müzakirə olunub.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq keçirilən tədbir Dövlət Komitəsinin Masallı regional bölməsinin əməkdaşı Cavidan Rəşidov, Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Salamat Nəcəfov, "Qızıl Aypara" Cəmiyyətinin Cəlilabad rayon bölməsinin sədr müavini Mirsüleyman Eynullayev, müəllimlər və tələbələrin iştirakı ilə baş tutub.

Tədbirdə ölkəmizdə insan hüquqları ilə bağlı qəbul edilmiş əsas qanunvericilik aktlarından bəhs olunub. Vurğulanıb ki, respublikamızda vətəndaşların hüquq və azadlıqlarının qorunmasına böyük önəm verilir. Eyni zamanda Azərbaycanın müstəqilliyi dövründə Ulu Öndər Heydər Əliyevin dövlət siyasətində müəyyən etdiyi əsas istiqamətlərdən olan insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş çoxsaylı institusional və qanunvericilik tədbirlərindən, ölkəmizin bu istiqamətdə keçdiyi mühüm inkişaf yolu barədə danışılıb.