Cəlilabad rayonunda “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir təşkil edilib
May ayının 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Cəlilabad rayonu üzrə sektoru və ADPU-in Cəlilabad filialının birgə təşkilatçılığı ilə ADPU-in Cəlilabad filialında “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin əməkdaşları Cavidan Rəşidov, Həsən Hümbətov, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Cəlilabad rayonu üzrə sektorunun əməkdaşı Salamat Nəcəfov və ADPU-in Cəlilabad filialının müəllim və tələbə heyəti iştirak edib.
Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyə gedən yol, tarixi şərait, Azərbaycan maarifçilik məktəbinin nümayəndələrinin ideoloji fəaliyyətləri qeyd edilib. Həmçinin Azərbaycanın keçdiyi müstəqillik yolundan, müstəqilliyimizin ilk illərində ölkəmizdə yaranmış ağır ictimai-siyasi vəziyyətdən, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsində Ulu öndər Heydər Əliyevin xidmətlərindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbədən danışılıb, ömrünün 23 ay olmasına baxmayaraq bu qısa dövrdə təsis edilən dövlət bayrağı, himni və gerbi haqqında ətraflı məlumat verilib.



