Bölgələrdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbirlər keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələrinin təşkilatçılığı ilə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbirlər keçirilib.
Lənkəran, Lerik rayonlarında baş tutan tədbirlərə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Ağaəli Həsənov, Lerik Rayon İcra Hakimiyyətinin əməkdaşı Ramin Ağayev, müəllimlər, məktəblilər, eləcə də ictimaiyyyəti nümayəndələri qatılıblar.
Daha bir tədbir isə Şəkidə keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Minarə Məmmədhüseynova, Şəki Şəhər Tibb Kollecinin müəllim və tələbələri iştirak ediblər.
Çıxışlar zamanı 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun parlaq qələbə qazanaraq Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarıldığı qeyd edilib. Qazanılan qələbədə xalqımızın zəngin milli-mənəvi dəyərlərinin mühüm rolu diqqətə çatdırılaraq bu baxımdan fəal və sağlam təbliğatın vacibliyi vurğulanıb. Natiqlər ölkəmizdə tarixən mövcud olan milli və dini həmrəyliyin, tolerant və multikultural ənənələrin xalqımızın həyat tərzini təşkil etdiyinə də diqqət çəkiblər.




