Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.11.2026 / Bölgə xəbərləri

Bölgələrdə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib

Noyabrın 3-də Masallı rayonunda “Suverenlik və dövlətçilik: tarixi yol və müasir reallıqlar” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin müdir müavini Pərvin İmanov və mədəniyyət işçiləri iştirak ediblər.
Noyabrın 4-də Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Zəfərin güc mənbəyi-milli birlik və həmrəylik” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Anar Seyidov, filialın direktoru, dosent Raqif Qasımov, Rayon Gənclər və İdman sektorunun məsləhətçisi Nailə Hacıyeva, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, müəllimlər və tələbələr iştirak ediblər.
Noyabrın 4-də Qusar rayonu Çiləgir kənd tam orta məktəbində “Zəfərin güc mənbəyi – milli birlik və həmrəylik” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin baş məsləhətçisi Mehman Məmmədov, müəllimlər, gənclər və şagirdlər iştirak ediblər.

Noyabrın 4-də Qobustan rayonu Sündü kəndi Ş.Şikarov adına tam orta məktəbdə “Milli dəyərlərin və dövlətçilik ənənələrinin təcəssümü – üçrəngli bayraq” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Rövşən Dəmirov, müəllimlər və şagirdlər iştirak ediblər.

Noyabrın 4-də Ucar rayonu Abdulla Abdullayev adına Alpı kənd tam orta ümumtəhsil məktəbində “Tarixi ideoloji və mənəvi kontekstdə üçrəngli bayrağımız” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Rauf Nəsirov, şəhid ailələrinin üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Noyabrın 5-də Xaçmaz şəhər 1 saylı tam orta məktəbində “Zəfər Günü – tarixi, ideoloji və mənəvi kontekstdə üçrəngli bayraq” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Xaçmaz şəhəri 1 saylı tam orta məktəbinin direktoru Gülbəniz Şabanova, müəllimlər, gənclər və şagirdlər iştirak ediblər.

Noyabrın 5-də Ağdaş rayonunda “Azərbaycan bayrağı - vahid milli dəyər ətrafında birləşdirən rəmz” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Asif Ədilov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Noyabrın 5-də Şəki Dövlət Peşə Mərkəzində “Milli dəyərlərin və dövlətçilik ənənəsinin təcəssümü – üç rəngli bayraq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Kamran Məmmədov, müəllimlər və tələbələr iştirak ediblər.

Noyabrın 6-da Tovuz rayon Heydər Əliyev Mərkəzində “Qarabağ zəfəri – mənəvi ucalıq və milli qürur” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Qüdrət Əliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Tofiq Əliyev, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Noyabrın 6-da Sabirabad rayonunda “Zəfərin güc mənbəyi – milli birlik və həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin əməkdaşı Cəfərsadiq Cəfərli, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Noyabrın 6-da İmişli rayonunda “Azərbaycan bayrağı-vahid milli dəyər ətrafında birləşdirən rəmz” mövzusunda tədbir keçirilib. Keçirilən tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Ramin Fərəcov, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Zəfərdən, bu Qələbənin xalqımızın sarsılmaz birliyinin təcəssümü olmasından bəhs edilib. Həmçinin Zəfər yolunun gənc nəsil üçün ən böyük vətənpərvərlik və qəhrəmanlıq məktəbi olduğu vurğulanıb. O da diqqətə çatdırılıb ki, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası Cənubi Qafqazda uzunmüddətli sülh yaradılması üçün yeni imkanlar açıb.