Bölgələrdə "Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda tədbirlər keçirilib
Respublikamızın bölgələrində "Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda tədbirlər keçirilib.
Mayın 7-də Yevlax şəhərində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbəsinin əməkdaşı Valeh Rəşidov, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Mayın 7-də Qubada keçirilən tədbirə isə DQİDK-nın bölgə şöbəsinin müdiri Ramin Xudayev və şöbənin əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazıları və səlahiyyətli nümayəndələri, Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının din xadimləri, eləcə də dini icma sədrləri qatılıblar.
***
Mayın 7-də Zərdabda baş tutan analoji tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Mayın 7-də İsmayıllı rayonunda keçirilən tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Vasif Teymurov, eləcə də din xadimləri və gənclər iştirak ediblər.
***
Mayın 7-də Ucarda baş tutan tədbirdə isə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Mayın 7-də Oğuz rayonunda da analoji tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbənin məsləhətçisi Samir Salehov, ziyalılar və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət-din münasibətlərinin qurulması, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətləri olub. Ümummilli Liderimiz Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışıb. Eyni zamanda vurğulanıb ki, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi.
Tədbirlər diskussiya şəklində davam edib.




