Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.11.2026 / Bölgə xəbərləri

Bölgələrdə tolerantlıq və birgəyaşayış ənənələri mövzusunda tədbirlər keçirilib

Noyabrın 12-də Yevlax rayonu Rövşən Rzayev adına Qoyunbinəsi kənd tam orta ümumtəhsil məktəbində “Gələcək nəsil və multikultural dəyərlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Valeh Rəşidov, müəllimlər və şagirdlər iştirak ediblər.
Noyabrın 13-də Qəbələ rayonu Vəndam qəsəbəsi Eldəniz Mehdiyev adına 1 saylı tam orta məktəbində “Birgəyaşayış ənənəsində dini dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin müdir müavini Pərvin İsmayılov, müəllimlər və məktəblilər qatılıblar.
Noyabrın 13-də Kürdəmir rayonu Muradxan kənd “İmam Hüseyn” məscidində “Birgəyaşayış ənənəsində dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, Muradxan kənd bələdiyyəsinin sədri Tofiq İsmayılov, “İmam Hüseyn” məscidi dini icmasının sədri və imamı Mübariz Şəmiyev, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Noyabrın 13-də Siyəzən rayonu Balaca Həmyə kənd tam orta ümumtəhsil məktəbində “Təhsildən yayınmanın mənəvi və sosial nəticələri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, müəllimlər və şagirdlər iştirak ediblər.
Noyabrın 13-də İmişli şəhəri N. Nərimanov adına 1 saylı məktəb-liseyində “Gələcək nəsil və multikultural dəyərlər” mövzusu müzakirə olunub. Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin baş məsləhətçisi vəzifəsini icra edən Cavanşir Bəhrəmov, müvafiq dövlət qurumlarının nümayəndələri, din xadimləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Noyabrın 16-da Astara rayonunda Birgəyaşayış ənənəsində dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin əməkdaşları Emin Həmidli, Səyad Babakişiyev, Famil Talıbov, Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda ölkəmizdə tarixən formalaşmış tolerantlıq və multikulturalizm ənənələrinin qorunub saxlanılmasının, eləcə də bu dəyərlərin gələcək nəsillərə aşılanmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, sağlam düşüncəli, milli-mənəvi dəyərlərə sadiq və savadlı gəncliyin yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bildirilib ki, dini dəyərlərin düzgün təbliği cəmiyyətdə həmrəyliyin və dinc birgəyaşayış mühitinin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, təhsildən yayınma hallarının qarşısının alınmasının və gənclərin elmə, biliyə yiyələnməsinin onların gələcək inkişafı və zərərli vərdişlərdən, radikal meyillərdən qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və mövzular ətrafında fikir mübadiləsi aparılıb.