Bölgələrdə silsilə maarifləndirmə tədbirləri keçirilir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri tərəfindən müxtəlif mövzulara həsr olunmuş silsilə maarifləndirmə tədbirləri keçirilir.
Dekabrın 26-sı və 27-də Qax və Zaqatala rayonlarında isə narkomaniyaya qarşı mübarizə, eyni zamanda reproduktiv sağlamlıq mövzuları müzakirə olunub. Qeyd olunan tədbirlərə DQİDK-nın bölgə şöbələrinin əməkdaşları Tərlan Nəzərov, Vüqar Məmmədov, Elvin İbrahimov, müvafiq qurumların əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri qatılıblar.
Dekabrın 27-də Qəbələ şəhər “Cümə” məscidində isə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbir Dövlət Komitəsinin əməkdaşı Pərvin İsmayılov və din xadimlərinin iştirakı ilə baş tutub.
Daha bir tədbir isə dekbarın 27-də Zərdab rayonunda keçirilib. “Milli-mənəvi dəyərlərin gənclər arasında təbliği” mövzusunun müzakirəsinə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, rayon Peşə Liseyinin müəllimləri və tələbələri, həmçinin ictimaiyyət nümayəndələri qatılıblar.
Dekbarın 27-də Quba rayonunda din xadimlərinin 2023-cü ildə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov, Quba və Qusar rayonlarından olan din xadimləri iştirak ediblər.
Dekabrın 27-də Ucar şəhər "Cami" məscidində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov , Əzim Rəfiyev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda zərərli vərdişlərə qarşı mübarizə tədbirlərindən, dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirindən, milli-mənəvi dəyərlərin gənclər arasında təbliğindən danılışıb. Eyni zamanda din xadimlərinin cari ildə fəaliyyəti və qarşıda duran vəzifələri müzakirə olunub.
Tədbir müzakirələrlə davam edib.






