Bölgələrdə silsilə maarifləndirmə tədbirləri keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölmələri, rayon icra hakimiyyətləri və yerli qurumların birgə təşkilatçılığı ilə bölgələrdə silsilə maarifləndirmə tədbirləri keçirilib.
Balakən rayonu:
Balakən şəhəri Akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbdə “Möhkəm ailə mühitinin əsası: gender bərabərliyi və qarşılıqlı hörmət” mövzusunda tədbir baş tutub. Tədbirə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin əməkdaşı Ruslan Əfəndiyev, müəllimlər və şagirdlər qatılıblar.
Biləsuvar rayonu:
Biləsuvar Peşə Liseyində “Təhsil, hüquq və din: tolerantlıq mədəniyyətinin təməli” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları, müəllimlər, tələbələr və din xadimləri iştirak ediblər.
Quba rayonu:
Quba şəhərində “Təhsil, hüquq və din: tolerantlıq mədəniyyətinin təməli” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi və digər aidiyyəti qurumların əməkdaşları, dini icma üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Oğuz rayonu:
Oğuz rayonu, Ərmənət kənd tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Masallı rayonu:
“Təhsil, hüquq və din: tolerantlıq mədəniyyətinin təməli” mövzusunda tədbir keçirilib. Tədbirə Dövlət Komitəsinin Masallı regional bölməsinin müdiri Elvin Hüseynov, gənclər və ictimaiyyət nümayəndələri qatılıblar.
Çıxışlarda təhsil, hüquq və dini dəyərlərin vəhdətinin cəmiyyətdə sağlam düşüncə tərzinin formalaşmasına xidmət etdiyi qeyd olunub. Ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyi və gənclərin mənəvi dəyərlər əsasında yetişdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, bu kimi maarifləndirici tədbirlər radikal meyillərin qarşısının alınmasında və tolerant cəmiyyətin formalaşmasında mühüm rol oynayır.



