Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.03.2024 / Bölgə xəbərləri

Bölgələrdə Ramazan ayının başlanması ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilib

Martın 11-də regionlarda Ramazan ayının başlanması ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş tədbirlər  keçirilib.

İmişli rayonunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı  Bəhrəm Abbaslı, şəhər “Cümə” məscidinin imamı Rasəf Rüstəmov, din xadimləri, eləcə də dini icma sədrləri iştirak ediblər.

***

Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının din xadimlərinin iştirakı ilə baş tutan tədbirə isə Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşları, həmçinin QMİ-nin qazısı Rauf Sərdarov qatılıblar.

Çıxışlar zamanı ölkəmizdə dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğu, dövlətin dini sahəyə, din xadimlərinə diqqət və qayğı göstərdiyi qeyd edilib. Eyni zamanda QMİ-nin Qazılar Şurasının Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb.