Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.09.2023 / Bölgə xəbərləri

Bölgələrdə müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib

Respublikamızın bölgələrində müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda tədbir baş tutub. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, şəhər “Heydər” məscidi dini icmasının sədri, imam müavinləri, kitabxana işçiləri, gənclər və dindarlar iştirak ediblər.

Sabirabad rayonunda da maarifləndirmə tədbiri keçirilib. “Sülh aylığı dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda baş tutan tədbirə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, Elvin İbrahimov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliabbas Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Qiyasov, mədəniyyət işçiləri və gənclər qatılıblar.

Naftalanda isə “Sağlam həyat, sağlam gələcək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, ictimaiyyət nümayəndələri və gənclər qatılıblar.

Çıxışlarda mövzuların əhəmiyyətindən danışıblar. Bu cür maarifləndirmə tədbirlərinin vacibliyi diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.