Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.01.2024 / Bölgə xəbərləri

Bölgələrdə müsəlman və qeyri-müsəlman dini konfessiyalarının nümayəndələri 20 Yanvar şəhidlərini anıblar

Respublikamızın regionlarında müsəlman və qeyri-müsəlman dini konfessiyalarının nümayəndələri, din xadimləri, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələrinin əməkdaşlarının iştirakı ilə 20 Yanvar şəhidləri anılıb. 

 

Yanvarın 19-da Göyçay rayonunda baş tutan anım mərasiminə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, dini icma sədrləri və din xadimləri qatılıblar.

***

Yanvarın 20-də daha bir anım tədbiri Gəncə şəhərində keçirilib. Tədbirə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Həsən Məmmədov, QMİ-nin bölgə qazısı Tahir Abbasov, həmçinin dini konfenssiyaların nümayəndələri qatılıblar.

***

Yanvarın 19-da Masallı Cəlilabad rayonlarında da 20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçirilib. Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Elvin Hüseynli, şöbənin əməkdaşları, adıçəkilən rayonların ictimaiyyət nümayəndələri anım mərasimlərinə qatılıblar.

***

ŞirvanSalyanHacıqabul və Neftçala rayonlarında da 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, QMİ-nin bölgə üzrə qazısı Hüsni Həsənov, din xadimləri, dini icma sədrləri və icma üzvləri iştirak ediblər.

***

Yanvarın 20-də İmişli rayonunda da şəhidlərin xatirəsi anılıb. Tədbirdə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşları, eləcə də din xadimləri iştirak ediblər.

 

Tədbirlərdə şəhidlərin ruhuna dualar oxunub, Vətən uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyi qeyd edilib.