Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.10.2026 / Bölgə xəbərləri

Bölgələrdə milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğinə dair tədbirlər keçirilib

Respublikanın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir.

Sentyabrın 29-da Salyan rayonu Qarabağlı kənd 2 saylı tam orta məktəbində “Milli-mənəvi dəyərlər və vətən sevgisi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Ülvi Zeynall, müəllimlər və şagirdlər iştirak ediblər.

Sentyabrın 29-da Oğuz şəhərində Nail İbrahimli adına 3 saylı məktəb-liseydə “Birlikdə yaşamaq mədəniyyəti: tolerantlıq və multikultural dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin müdir müavini Pərvin İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.

Oktyabrın 1-də Qax Peşə Liseyində “Gələcək nəsillər üçün örnək və əxlaqi dəyər – 44 günlük Vətən müharibəsi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi İlqar Qədimov, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq ruhunda formalaşdırılması, vətənpərvərlik hissinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, ölkəmizdə formalaşmış tolerantlıq və multikulturalizm mühiti, müxtəlif dini və etnik qruplar arasında qarşılıqlı hörmət, həmrəylik və birgəyaşayış ənənələrinin əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin milli-mənəvi dəyərlərin və vətənpərvərlik ideyalarının gənc nəslə aşılanmasında maarifləndirmə işlərinin mühüm rola malik olduğu bildirilib.