Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.01.2026 / Bölgə xəbərləri

Bölgələrdə milli-mənəvi dəyərlərin təbliğinə həsr olunmuş tədbirlər keçirilib

Yanvarın 13-də Qusar rayonunun Bədirqala kənd tam orta məktəbində “Qəhrəmanlıq tariximizdə milli-mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, müəllimlər və məktəblilər iştirak ediblər.
Yanvarın 14-də Ağdaş şəhəri “Hacı İsmayıl” məscidində “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda tədbir keçirilib. Tədbirə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Asif Ədilov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Səbuhi Musayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazısı Əli Məmmədov, din xadimləri, icma sədrləri, eləcə də gənclər qatılıblar.
Yanvarın 14-də Yardımlı rayonunda “Milli-mənəvi dəyərlərimizin təbliğində din xadimlərinin rolu” mövzusunda tədbir baş tutub. Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin müdiri Qağayı Məmmədov, bölmənin əməkdaşları, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxış edənlər xalqımızın zəngin mənəvi dəyərlərinin milli birliyimizin möhkəmlənməsindəki əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir. Xalqımızın bir millət kimi formalaşmasında zəngin mənəvi dəyərlər sistemi mühüm rol oynayıb. Milli-mənəvi dəyərləri ilə tarixə söykənən ölkəmiz əsrlərdən bizə gəlib çatan abidələri, daş yaddaşı, milli əxlaqi dəyərləri, milli mədəniyyəti ilə yüksək məfkurəyə malik olduğunu bir daha göstərir. Bu ali dəyərlər milli kimliyimizin göstəricisidir. Eyni zamanda, milli-mənəvi dəyərlərimizin təbliğində din xadimlərinin rolundan bəhs olunub.