Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.01.2026 / Bölgə xəbərləri

Bölgələrdə mənəvi dəyərlərimizə həsr olunmuş tədbirlər keçirilib

Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin təşkilatçılığı ilə Daşkəsən rayonunda “Vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Şahmar Verdiyev, Daşkəsən şəhər “Cümə” məscidinin imamı Əsəd Seyidov, eləcə də hərbi hissənin şəxsi heyəti iştirak edib.

Yanvarın 23-də Ucar rayonunda DQİDK-nın Mərkəzi Aran regional bölməsi və Ucar rayonu Rəstəcə kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Əxlaqi dəyərlərin gənclərin sağlam həyat tərzinə verdiyi töhfə” mövzusunda seminar keçirilib. Seminarda DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Rauf Nəsirov, müəllimlər və şagirdlər iştirak ediblər.

Yanvarın 21-də Quba rayonunda DQİDK-nın Quba-Xaçmaz regional bölməsi, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Xalqımızın birliyinin möhkəmlənməsində milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, mənəvi və əxlaqi dəyərlər cəmiyyətin möhkəmliyini təmin edən əsas amillərdəndir. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq mənəvi dəyərlər sisteminə malikdir. Diqqətə çatdırılıb ki, dünya xalqları arasında özünəməxsus dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə xüsusi yer tutur. Müasir dövrdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq müstəvidə multikultural və tolerant dəyərlərə həssas münasibət baxımından dünya xalqlarına nümunə olaraq təqdim edilir. Eyni zamanda vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolundan danışılıb və mövzularla bağlı iştirakçılar fikirlərini bölüşüblər.