Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib
Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirillir.
Martın 15-də Tərtər rayonunun M.Qarayev adına Qaraağacı kənd tam orta məktəbində “Uşaqların zərərli informasiyadan qorunması”, “Narkomaniyaya yox deyək!”, “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” mövzularında tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının əməkdaşı Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Martın 15-də Quba rayonunda “Milli birliyin möhkəmləndirilməsində mənəvi dəyərlərin rolu” mövzusunda dəyirmi masa formatında tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş üzrə sektorun müdiri Mənsuq Ağayev, eləcə də gənclər iştirak ediblər.
***
Martın 15-də Şabran rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Şabran rayonu üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Şabran rayonu Vələsli kənd 1 saylı orta məktəbində "Tolerantlıq və multikultural dəyərlərin əhəmiyyəti" mövzusunda maarifləndirici tədbir keçirilib. DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Azər Tağıyev, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Martın 15-də Bərdə rayonunun Uğurbəyli kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Bərdə rayonu Uğurbəyli kənd məscidində “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Məhəmməd Rəşidov, Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ bölgəsi üzrə qazısı Ramazan Hüseynov, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Martın 15-də İmişli Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyimizin möhkəmlənməsində Ulu öndər Heydər Əliyevin xidmətləri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Abbaslı, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Martın 15-də Göyçay şəhər 6 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Göyçay Rayon İcra Hakimiyyəti (RİH) və rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Əzim Rəfiyev, müvafiq qurumların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
***
Martın 15-də Samux rayonunun Seyidlər kənd tam orta məktəbində “Dini radikalizmin törətdiyi bəlalar” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon Polis Şöbəsinin nümayəndəsi Arzu Məmmədov və məktəblilər iştirak ediblər.
***
Mart ayının 15-də Ağcabədi rayonu ərazisində yerləşən “N” saylı hərbi hissələrdə “Şəxsi heyətin vətənpərvərlik ruhunun və mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi, intihar və özünəqəsd hallarının qarşısının alınması”, “Radikalizm və ekstremizm təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” və “Şəxsi heyətin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərimizin rolu” mövzularında maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə DQİDK-nın bölgə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Müdafiə Nazirliyinin əməkdaşları, Ağcabədi şəhər “Cümə” məscidinin imam müavini Zaur Məmmədov, hərbi hissənin zabit, gizir və əsgər heyəti iştirak ediblər.
***
Martın 15-də Zərdab rayonunun Mədəniyyət Mərkəzində “Milli-mənəvi dəyərlərin gənclər arasında təbliği” mövzusunda tədbir keçirilib. Keçirilən tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, gənclər və idman sektorunun aparıcı məsləhətçisi Bahar Qurbanova, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda mövzular barədə ətraflı məlumat verilib. Respublikamızda keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs olunub.
Tədbirlər müzakirlərlə davam edib.







