Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.
Martın 13-də Yevlax rayonunda “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumarlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Valeh Rəşidov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Martın 13-də Balakən rayonunun Eyvaz Əliqayev adına Qullar kənd 2 saylı tam orta məktəbində “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin yeri” mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, Rayon İcra Hakimiyyətinin əməkdaşı Hacı Muradov, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər qatılıblar.
***
Martın 13-də Ağsu rayonunun Ərəbmehdibəy kənd tam orta məktəbində “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, müvafiq qurumların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
***
Martın 13-də Mingəçevir şəhər 13 saylı tam orta məktəbdə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyəti” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Martın 13-də Naftalan şəhər Peşə məktəbində “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Həmçinin Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, dostluq və qardaşlıq içində yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından və dövlətimizin bu dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən danışılıb. Eyni zamanda dini radikalizm və erkən nikahın fəsadlarından ətraflı bəhs olunub.






