Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.
Samux rayonu, 02.11.2023: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sərkar kənd musiqi məktəbində “Dini radikalizmlə mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kəmalə Xəlilova, Rayon Polis Şöbəsinin məsul əməkdaşı Arzu Məmmədov, müəllimlər və məktəblilər iştirak ediblər.
***
Ağcabədi rayonu, 03.11.2023: Xocavənd kənd 2 saylı tam orta məktəbində “Antinarkotik təbliğat sahəsində fəaliyyətin gücləndirilməsi, dini radikalizm, ekstremizm, erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon Polis Şöbəsi rəisinin birinci müavini Elmir Dəmirçiyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin nümayəndəsi Sərraf Nağıyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Mövzular ətrafında fikir mübadiləsi aparılıb. Bu cür tədbirlərin keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




