Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.12.2022 / Bölgə xəbərləri

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Ağsu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ağsu şəhər 4 saylı tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Gənclər və İdman İdarəsinin əməkdaşı Təhmasib Məhəmmədhüseyin, müəllim və məktəblilər iştirak ediblər.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon Gənclər və İdman İdarəsi, rayon Gənclər Evi və rayon Peşə Liseyinin birgə təşkilatçılığı ilə  baş tutan tədbirdə isə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, təşkilatçı qurumların nümayəndələri, eləcə də təhsil işçiləri və şagirdlər qatılıblar.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Şəki-Zaqatala Regional Təshil İdarəsinin Zaqatala rayonu üzrə sektorunun məsləhətçisi Xamis İsmayılov, müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə daha bir maarifləndirmə tədbiri Əliabad qəsəbəsi 1 saylı tam orta məktəbində baş tutub. Ucar rayonunda keçirilən tədbirdə isə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəyyam Səmədzadə və rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər iştirak ediblər. 

Siyəzəndə keçirlən tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Qarabağ müharibəsi qaziləri, müəllimlər və gənclər, Şəki Tibb Kollecində baş tutan maarifləndirmə tədbirində DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Minarə Calalzadə, Kollecin müəllim və tələbələri iştirak ediblər. Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İlkin Bayandurov, Füzuli rayon “Mahmudlu 2” kənd məscidi dini icmasının sədri və imamı Sevindik Əsgərli, Horadiz şəhər “Əhli-Beyt” məscidinin imamı Nəriman Nəsirov, kənd ağsaqqalları və dini icma üzvlərinin iştirakı ilə daha bir tədbir “Mahmudlu 2” kənd məscidində baş tutub.

Çıxışlarda ölkəmizdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs olunub. Bu istiqamətdə DQİDK-nın gördüyü işlər xüsusi ilə vurğulanıb.

Tədbirlər diskussiya şəkilində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.