Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir.
Mingəçevir şəhərində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir Media Mərkəzinin direktoru Fərman Nəbiyev, Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın Gender komissiyasının sədri Yeganə Nəbiyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha bir maarifləndirmə tədbiri Siyəzən rayonunda baş tutub. Qeyd olunan tədbirə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Gündüz Səmədli, Siyəzən Rayon İcra Hakimiyyətinin əməkdaşı Günel Ağayeva, Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Cavidan Hüseynov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Tamerlan Həmzəyev və gənclər qatılıblar.
Çıxışlarda gənclər arasında maarifləndirmə işinin daha da gücləndirilməsindən bəhs olunub, cəmiyyəti narahat edən dini radikalizm, narkomaniya və erkən nikah kimi problemlərin həlli istiqamətində görülən tədbirlərin önəminə toxunulub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




