Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələrinin müvafiq qurumlarla birgə həyata keçirdiyi maarifləndirmə tədbirləri davam edir.
Sumqayıt şəhərində yerləşən Zəngilan rayonu 23 nömrəli tam orta məktəbində “Dünyəvi təhsil, dini düşüncə və mənəviyyat məsələləri” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Camal Zeynalov, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Ülvi Məmmədov, şöbənin aparıcı məsləhətçisi Təbib Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğuylanıb. Bu cür tədbirlərin keçirilməsinin önəmi qeyd olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

