Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.05.2026 / Bölgə xəbərləri

Bölgələrdə maarifləndirmə keçirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələri tərəfindən bölgələrdə müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.
Mayın 25-də Qusar rayonunda yerləşən N saylı hərbi hissədə “Zərərli vərdişlərə qarşı hüquqi müdafiə: sərhədlərini qoru” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin baş məsləhətçisi Mehman Məmmədov, Qusar şəhəri “Mustafa Kazdal” məscidinin dini ayin icraçısı Vadir Mustafayev, hərbi qulluqçular və gənc əsgərlər iştirak ediblər.

*** *** ***

Mayın 25-də Şabran rayonunun Gəndov kənd tam orta məktəbində “28 May: tarix, dəyərlər və milli iradə” mövzusunda tədbir keçirilib. Tədbirdə Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Elxan Əsgərov, Şabran Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Vasif Əhmədov, müəllimlər və şagirdlər iştirak ediblər.

*** *** ***

Mayın 25-də Şirvan şəhər E.İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində “Təhsildən yayınmanın mənəvi və sosial nəticələri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin müdiri Sənan Xəlilov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan şəhəri üzrə Təhsil sektorunun müdiri Varis Qasımlı, Şəhər Polis Şöbəsinin əməkdaşı Mirxan Muxtarov, ictimaiyyət nümayəndələri, müəllimlər və məktəblilər iştirak ediblər.

*** *** ***

Mayın 25-də İmişli rayonunda “Qurban bayramı: həmrəylik və mənəvi birlik” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin əməkdaşları, RİH-nin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Rüfət Muradov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

*** *** ***

Mayın 25-də Ağstafa şəhəri Cümə məscidində “Qurban bayramı: həmrəylik və mənəvi birlik” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
*** *** ***

Mayın 25-də Yevlax şəhəri Sabir adına 2 nömrəli tam orta məktəbdə “28 May: müstəqillik idealları və milli dövlətçiliyin təməli” mövzusunda tədbir keçirilib. Tədbirdə regional bölmənin əməkdaşı Valeh Rəşidov, müəllimlər və şagirdlər iştirak ediblər.

*** *** ***

Mayın 25-də Abşeron rayonunun Məmmədli kəndində “28 May: tarix, dəyərlər və milli iradə” mövzusunda tədbir keçirilib. Tədbirdə regional bölmənin məsləhətçiləri Rəşad Əliyev və Azər Tağıyev, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

*** *** ***

Mayın 25-də Masallı rayonunda “Qurban bayramı: Milli-mənəvi həmrəyliyinin təntənəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin müdir müavini vəzifəsini icra edən Pərvin İmanov, din xadimləri və mədəniyyət işçiləri iştirak ediblər.

*** *** ***

Mayın 26-da Tərtər rayonu Yaşar Quliyev adına Qaradağlı kənd tam orta məktəbində “28 May - Müstəqillik idealları, milli dövlətçiliyin təməli” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Qarabağ regional bölməsinin aparıcı məsləhətçisi İsmət Rəhimov, RİH-nin nümayəndəsi Zabil Paşayev, Tərtər şəhər “Cümə” məscidinin imam müavini Saleh Ədilov, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

*** *** ***

Mayın 26-da Şamaxı rayonunda “28 May: müstəqillik idealları və milli dövlətçiliyin təməli” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev, bölmənin əməkdaşları, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icmaların nümayəndələri iştirak ediblər.

 

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri, milli dövlətçilik ənənələrinin formalaşmasına verdiyi töhfələr və müstəqillik ideallarının bu gün də ölkənin inkişaf strategiyasında əsas istiqamətlərdən biri olduğu qeyd edilib. Qurban bayramına həsr olunan tədbirlərdə isə bayramın insanları həmrəyliyə, mərhəmətə, paylaşmağa və mənəvi birliyə səsləyən mahiyyəti haqqında geniş məlumat verilib. Natiqlər milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin maarifləndirilməsi istiqamətində bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, bildirilib ki, gənclərin sağlam düşüncə tərzində formalaşması, onların vətənə, dövlətə və milli kimliyə bağlı ruhda yetişməsi cəmiyyətin inkişafında mühüm rol oynayır. Natiqlər zərərli vərdişlərin insan həyatına, ailə institutuna və ictimai münasibətlərə mənfi təsirlərindən danışaraq bu kimi hallara qarşı maarifləndirmə işlərinin əhəmiyyətini qeyd ediblər.