Bölgələrdə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbirlər keçirilib
Bölgələrdə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbirlər keçirilib.
Dekabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Korrupsiyaya qarşı Mübarizə Fondunun regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində baş tutan tədbirdə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Həsən Məmmədov, müdir müavini Faiq Əsgərov, Regional Nümayəndəliyin rəhbəri Muxtar Əsədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Dekabrın 27-də daha bir tədbir Saatlı rayonunda keçirilib. Tədbirə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Elvin İbrahimov, müvafiq qurumların əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri qatılıblar.
***
Dekabrın 27-də Dövlət Komitəsinin bölgə şöbəsi üzrə əməkdaşı Vüqar Məmmədov, həmçinin ictimaiyyət nümayənədlərinin iştirakı ilə Balakən rayonunda da “Korrupsiyaya qarşı mübarizə” mövzusu müzakirə olunub.
***
Daha bir tədbir dekabrın 27-də Ağcabədi rayonunda baş tutub. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdiri Əlizadə Nəcəfov, rayon prokurorluğunun əməkdaşı Rəşid Mənsurov, rayon Polis Şöbəsinin əməkdaşı Rəşad Bünyatov, Ağcabədi Pedaqoji Kollecinin müəllim və tələbələri iştirak ediblər.
***
Tovuz rayonunda analoji tədbir dekabrın 27-də Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Pərviz Zeynalov və Tovuz Dövlət Sosial-Iqtisadi Kollecinin tələblərinin iştirakı ilə keçirilib.
***
Dekabrın 28-də Goranboy rayonu Tatarlı kənd tam orta məktəbində, Samux rayonunun Hacıallı kəndində baş tutan tədbirlərə isə DQİDK-nın bölgə şöbəsinin əməkdaşları Vüsal Hüseynli, Rövşən Hacıyev, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər qatılıblar.
***
Yevlax rayonunda analoji tədbir dekabrın 28-də DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Valeh Rəşidov, İcra Hakimiyyəti, Polis şöbəsi, Gənclər və İdman sektorunun nümayəndələri və gənclərin iştirakı ilə keçirilib.
***
Dekabrın 28-də daha bir tədbir Masallı rayonunda baş tutub. Tədbirə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Elvin Hüseynli, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, idarə və müəssisələrin rəhbərləri, ziyalılar, Masallı Dövlət Regional Kollecinin tələbələri, eləcə də ictimaiyyət nümayəndələri qatılıblar.
Çıxış edən natiqlər korrupsiyaya qarşı mübarizə sahəsində qarşıda duran vəzifələri qeyd ediblər. Korrupsiya risklərinin minimuma endirilməsi və bu cür halların baş verməməsi üçün görülən işlərdən danışıblar. Həmçinin, növbəti ildə bölgələrdə mütəmadi olaraq, korrupsiyaya qarşı mübarizə mövzusunda tədbirlərin keçirilməsinin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.









