Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.12.2025 / Bölgə xəbərləri

Bölgələrdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər keçirilib

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Balakən və Beyləqan rayonlarında maarifləndirici tədbirlər təşkil olunub.

Balakən rayonu:

Dekabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi və digər qurumların birgə təşkilatçılığı ilə Qullar kəndi Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.

Beyləqan rayonu:

Dekabrın 24-də Dövlət Komitəsinin Mil-Muğan regional bölməsi və Beyləqan rayon “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Həmrəyliyin zəfəri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin əməkdaşları, hərbi hissənin şəxsi heyəti iştirak edib.

Çıxışlarda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi, mahiyyəti və bu günün təsis edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolu haqqında iştirakçılara məlumat verilib. Ümummilli Liderin müdrik siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın birliyi və həmrəylinin ölkəmizin inkişafını təmin etdiyi diqqətə çatdırılıb. Azərbaycanın bu gün regionda lider dövlət olduğu və qalib dövlət kimi tarixinin ən parlaq səhifəsini yaşadığı vurğulanıb.