Bölgələrdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib
Respublikamızın bölgələrində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Dekabarın 27-də Şəkidə “Ulu Öndər və həmrəyliyimiz” mövzusunda təşkil olunan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki regional bölməsinin əməkdaşı Saleh Məmmədov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Vüsal Həsənov, eləcə də mədəniyyət işçiləri iştirak ediblər.
***
Dekabrın 25-də Qusar rayonunda “Azərbaycançılıq məfkurəsi: milli birliyimizin idealı” mövzusunda tədbir baş tutub. Tədbirə DQİDK-nın regional bölməsinin əməkdaşı əməkdaşı Mehman Məmmədov, ziyalılar, din xadimləri və gənclər qatılıblar.
Çıxış edənlər Həmrəylik Gününün yaranma tarixi, əhəmiyyəti, respublikamızın inkişafının möhkəm təməlini qoyan Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıbar. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasını Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və digər uğurlu döyüş əməliyyatlarında qazanılan qələbələrdən, eləcə də bütün sahələrdə tərəqqinin təmin edilməsindən söz açıblar.

