Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.11.2026 / Bölgə xəbərləri

Bölgələrdə dini radikalizmə qarşı mübarizə və milli-mənəvi dəyərlərin təbliği mövzularında tədbirlər keçirilib

Noyabrın 19-da Sumqayıt şəhərində “Dini radikalizm və ekstremizm ictimai təhlükəsizlik müstəvisində” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Abşeron-Xızı regional bölməsinin əməkdaşları Təbib Məmmədov, Turqut Quliyev, Regional Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Zaur Əlizadə, Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin yetkinlik yaşına çatmayanlar üzrə inspektoru Səbinə Novruzova, Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri və şagirdlər iştirak ediblər.
Noyabrın 18-də İsmayıllı rayonunda “Gənclər və dini radikalizm: təhlükələr və çıxış yolları” mövzusunda tədbir təşkil olunub. Tədbirə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov, təhsil işçiləri və gənclər qatılıblar.
Noyabrın 17-də İsmayıllı rayonunda daha bir maarifləndirici tədbir keçirilib. “Dini tolerantlıq: ictimai birlik və sabitliyin qarantı kimi” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nəsimi Teymurov, İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Balakişi Xuduyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Qaya Xalıqov və Vasif Teymurov, ictimaiyyət nümayəndələri, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlarda ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətlərindən, əsrlər boyu formalaşmış tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasının əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, dini radikalizm və ekstremizmə qarşı effektiv mübarizədə gənclərin düzgün dini bilgilərlə maarifləndirilməsi, onların zərərli ideoloji təsirlərdən qorunması və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə edilməsi mühüm şərtdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.