Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.10.2026 / Bölgə xəbərləri

Bölgələrdə din xadimləri və məktəblilərin iştirakı ilə maarifləndirmə tədbirləri davam etdirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələri tərəfindən dini radikalizmin, ekstremizmin qarşısının alınması və gənclərin sosial mediada təhlükəsizliyinin təmin olunması məqsədilə növbəti maarifləndirici tədbirlər təşkil edilib.
Oktyabrın 27-də Şamaxı şəhər “Cümə” məscidində “Radikalizm və ekstremizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev, bölmənin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mərəhmət Mustafayev, din xadimləri və dini icma nümayəndələri iştirak ediblər.
Oktyabrın 27-də Zaqatala rayonunun Ramiz Şabanov adına Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbində “Gənclərin sosial media təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat” mövzusunda maarifləndirmə tədbiri baş tutub. Tədbirdə DQİDK-nın Şəki-Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.Oktyabrın 27-də Saatlı rayonunun Günəşli kənd Ö.F.Nemanzadə adına tam orta məktəbində “Gənclərin sosial mediada təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat” mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi İlkin Zeynalov, din xadimləri, müəllimlər və şagirdlər qatılıblar.
Oktyabrın 28-də Göygöl rayonunun Çaylı kənd tam orta məktəbində “Gənclərin sosial mediada təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Orxan Seyidov, Göygöl şəhər “Heydər” məscidi dini icmasının sədri Əlaslan Cəfərov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda dini radikalizm və ekstremizmin fəsadlarından bəhs olunub. Cəmiyyətin, xüsusilə də din xadimlərinin bu istiqamətdə maarifləndirmə işindəki rolundan bəhs olunub. Həmçinin sosial şəbəkələrdə yad və zərərli ideologiyaların təsirinə düşməmək üçün gənclərə zəruri tövsiyələr verilib, internet məkanında media savadlılığı və təhlükəsizlik qaydalarının əhəmiyyəti vurğulanıb.