Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.04.2024 / Bölgə xəbərləri

Bölgələrdə din xadimləri və gənclərin iştirakı ilə tədbirlər keçirilib

Bölgələrdə müxtəlif mövzulara həsr olunmuş, din xadimləri və gənclərin iştirakı ilə tədbirlər keçirilib. 

Aprel ayının 5-də Ağcabədi rayonunun Kəhrizli kənd tam orta məktəbində “Narkomaniya və zərərli vədişlərə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirə Polis Şöbəsi rəisinin birinci müavini Elmir Dəmirçiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər qatılıblar.

***

Aprelin 5-də Kürdəmirdə Ramazan bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, müvafiq qurumlarların nümayəndələri, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

***

Aprelin 4-də Ucar rayonunun Qazyan kənd 1 saylı tam orta məktəbində "Təhsil, vətənpərvərlik və milli dəyərlər" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, müvafiq qurumlarların nümayəndələri, müəllimlər iştirak ediblər.

***

Aprelin 5-də Yardımlı rayonunda "Erkən nikah problemi və ona qarşı mübarizə yolları" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İmanov, məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda mövzuların əhəmiyyətindən danışılıb. Maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Tədbirlər müzakirələrlə davam edib.