Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.11.2022 / Bölgə xəbərləri

Bölgələrdə Azərbaycanın tolerantlıq ənənələrinə həsr olunmuş tədbirlər keçirilib

Noyabrın 22-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Ağdaş rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ağdaş rayonunda "Azərbaycan dünya üçün tolerantlıq nümunəsidir” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, YAP-ın rayon şöbəsinin nümayəndəsi Anar Şahmuradov, dini icma sədrləri, din xadimləri, Ağdaş Rayon Peşə Məktəbinin tələbələri, rayonun fəal gəncləri və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd olunub ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri tarixən sülh və əmin-amanlıq içində yaşayıblar. Natiqlər, ölkəmizin müstəqilliyinin yenidən bərpa edilməsindən sonra burada dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin mədəniyyətlərinə tolerant münasibət göstərildiyindən, bu mənada heç bir ayrı-seçkiliyin olmamasından bəhs ediblər. Bildirilib ki, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında multikultural ənənələrin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər sayəsində bugün Azərbaycan dünya üçün tolerantlıq nümunəsi kimi göstərilir. Belə ki, işğaldan azad olunmuş torpaqlarımızda məscidlərlə yanaşı, kilsələrin, sinaqoqların və digər dini abidələrin təmir və bərpasına göstərilən qayğı və ehtiram danılmazdı.

Konfrans qarşılıqlı müzakirələrlə  davam etdirilib.

***

Noyabrın 22-də Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda tolerantlıq ənənələri" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Seyfəli Umarov, Kürdəmir RİH-in əməkdaşı Daşqın Rüstəmov və kitabxananın əməkdaşları iştirak ediblər.

Çıxışlarda ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən bəhs olunub. Azərbaycanın multikultural dəyərlərə malik tolerant ölkə olması və burada insanların dini etiqadına hörmətlə yanaşılması vurğulanıb.