Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.09.2026 / Bölgə xəbərləri

Bölgələrdə Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələrinin təşkilatçılığı ilə bölgələrdə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər və şəhidlər xiyabanlarına ziyarətlər təşkil edilib.
Sentyabrın 25-də Masallı rayonunda “Zəfərin güc mənbəyi - milli birlik və həmrəylik” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin müdir müavini Pərvin İmanov, Masallı Gənclər Evinin əməkdaşları Tural Sadıqov, Fikrət Yaqubzadə, qazilər, din xadimləri və gənclər iştirak ediblər.
Sentyabrın 25-də Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Xalqın tarixini və taleyini dəyişən 44 gün” mövzusunda maarifləndirici tədbir baş tutub. Tədbirə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Qüdrət Əliyev, bölmənin əməkdaşı Pərvin Zeynalov, Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, eləcə də müəllim və tələbələr iştirak ediblər.
Sentyabrın 25-də Yardımlı rayonunda “Xalqın tarixini və taleyini dəyişən 44 gün” mövzusunda tədbir keçirilib. Nizami Cəbiyev adına Çayüzü kənd tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin müdir müavini Pərvin İmanov, rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Səxavət Ağayev, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Sentyabrın 27-də isə Dövlət Komitəsinin Dağlıq Şirvan və Mil-Muğan regional bölmələrinin kollektivləri, din xadimləri və dini icma sədrləri Şamaxı və İmişli şəhərlərində yerləşən Şəhidlər xiyabanlarını ziyaret edib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlhəm Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər milli birliyimizin, xalq-ordu həmrəyliyinin və sarsılmaz dövlətçilik iradəsinin təntənəsidir. Natiqlər şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu, onların qəhrəmanlığının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm nümunə olduğunu diqqətə çatdırıblar.