Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.04.2025 / Bölgə xəbərləri

Binəqədi rayonunda maarifləndirmə tədbiri keçirilib

Aprelin 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İctimai İaşə və Xidmət üzrə Dövlət Peşə Təhsil Mərkəzində “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları - Amal Məlikov, Rəşadət Hidayətov, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda dini radikalizm, ekstremizm və onların mahiyyəti, gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar. Dini radikalizm və ekstremizmin vətəndaş cəmiyyəti, hüquqi və demokratik dövlət üçün təhlükə mənbəyi olduğu vurğulanıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.