Binəqədi rayonunda maarifləndirmə tədbiri keçirilib
Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 335 nömrəli tam orta məktəbdə “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları - Nicat Allahverdiyev, Elnur Məmmədov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Amal Məlikov və Rəşadət Hidayətov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, dini fanatizm, radikalizm və ekstremizm dinlərin mahiyyətindən deyil, birbaşa olaraq onların mənsublarının düşüncəsindən və psixologiyasından irəli gələn bir tendensiyadır. Eyni zamanda dini radikalizmin törətdiyi fəsadlar vurğulanıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


