Binəqədi rayonunda dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub
Fevralın 28-də Binəqədi rayonunda “Dini radikazmə qarşı mübarizədə din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Amal Məlikov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda dini radikazmə qarşı mübarizədə din xadimlərinin və dini icmaların üzərinə düşən vəzifələr müzakirə edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.

