Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.09.2022 / Bölgə xəbərləri

Biləsuvarda “Tolerantlıq və multikulturalizm dövlət siyasətinin tərkib hissəsi kimi” mövzusu müzakirə olunub

Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tolerantlıq və multikulturalizm dövlət siyasətinin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ziya Qurbanlı, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, tolerantlıq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Bu cür maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin vacibliyi də diqqətə çatdırılıb.