Biləsuvarda “Tolerantlıq, insan hüquqları” mövzusunda tədbir keçirilib
İyunun 10-da Biləsuvar rayonu, Bəydili kənd 1 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin təşkilatçılığı ilə “Tolerantlıq, insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Komitənin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Cavid Dadaşov, Biləsuvar şəhəri “İmam Zaman” məscidinin imamı Elvin Məmmədzadə və məktəbin şagirdləri iştirak ediblər.
Çıxışlarda tolerantlıq, müxtəlif dini və dünyəvi inanclara hörmətlə yanaşma, insan hüquqlarının qorunması, hüquq bərabərliyinin təmin olunması və multikultural dəyərlərin təşviqi kimi mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin, cəmiyyətin sağlam inkişafı üçün insan ləyaqətinə hörmətin və hüquqlara riayət edilməsinin vacibliyi vurğulanıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.


