Biləsuvarda “Şəhidlik: Vətənə sevgi və sədaqət zirvəsi” mövzusunda tədbir keçirilib
Sentyabrın 30-da Biləsuvar rayonu, Aşağı Cürəli kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin təşkilatçılığı ilə “Şəhidlik: Vətənə sevgi və sədaqət zirvəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Cavid Dadaşov, Biləsuvar şəhəri “İmam Zaman” məscidinin imamı Elvin Məmmədzadə və məktəbin şagirdləri iştirak ediblər.
Çıxış edənlər şəhidlik anlayışının dini və milli dəyərlərimizdəki yeri, Vətənə sədaqət və fədakarlığın mənəvi mahiyyəti barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, şəhidlərimizin qanı ilə yazılan tarix, gənc nəslin yaddaşında daim yaşadılmalı və vətənpərvərlik ruhu ardıcıl olaraq təbliğ edilməlidir.
Tədbir müzakirələrlə davam etdirilib.