Biləsuvarda maarifləndirmə tədbiri keçirilib
Fevralın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin təşkilatçılığı ilə Biləsuvar rayonu Xırmandalı kənd tam orta məktəbində “Erkən nikah və təhsildən yayınmanın hüquqi nəticələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın regional bölməsinin məsləhətçisi Cavid Dadaşov, Bəydili kənd “Cümə” məscidinin imamı Abuzər Kərimov, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda erkən nikahların cəmiyyətimizdə yaratdığı mənəvi, sosial və hüquqi zərərləri haqqında danışılıb. Eyni zamanda erkən nikah halları insan hüquqlarının pozulması kontekstində izah edilərək bu baxımdan gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyəti qeyd edilib.

