Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.06.2025 / Bölgə xəbərləri

Biləsuvarda “Dini dözümlülük və insan hüquqları” mövzusunda tədbir keçirilib.

Mayın 30-da Biləsuvar şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin və Biləsuvar RİH-nin birgə təşkilatçılığı ilə “Dini dözümlülük və insan hüquqları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Şirvan-Salyan regional bölməsinin müdiri Sənan Xəlilov, Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ziya Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, Biləsuvar Rayon Ağsaqqallar şurasının sədri Akif Kazımov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda insan hüquqlarının və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə humanizm keyfiyyətlərinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.