Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.12.2024 / Bölgə xəbərləri

Biləsuvarda din xadimlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib

Dekabrın 26-da Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin və Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloj təsir üsulları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, RİH başçısının müavini Ləman Yüzbaşova, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Kamil Qurbanlı, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə baş vermiş təyyarə qəzası nəticəsində həlak olan insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Natiqlər dini radikalizm, ekstremizm və onların mahiyyəti, gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar. Dini radikalizm və ekstremizmin vətəndaş cəmiyyəti, hüquqi və demokratik dövlət üçün təhlükə mənbəyi olduğu vurğulanıb.

Tədbirin sonunda din xadimlərini maraqlandıran suallar cavablandırılıb.