Beyləqandakı “N” saylı hərbi hissədə maarifləndirici tədbir keçirilib
Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Beyləqan rayonundakı “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Dini dözümlülük və insan hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, “N” saylı hərbi hissənin ideoloji iş üzrə bölməsinin rəisi Zamir İbrahimov, Beyləqan rayonu Qarallar kənd məscidinin imamı, dini icmanın sədri Səbuhi İbadov və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra başlayan tədbirdə çıxış edənlər ilk olaraq “İnsan Hüquqları Aylığı”nın mahiyyəti barədə məlumat veriblər. Qeyd olunub ki, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamız Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edildikdən sonra bu sahədə möhkəm hüquqi baza formalaşdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




