Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.03.2023 / Bölgə xəbərləri

Beyləqandakı “N” saylı hərbi hissədə maarifləndirici tədbir keçirilib

Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyinin 2023-cü il üçün birgə fəaliyyət planına əsasən, Beyləqan rayon “N” saylı hərbi hissədə “Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, hərbi intizamının möhkəmləndirilməsində, hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində dini dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Ədalətoğlu, Cəfərsadiq Cəfərli, Elvin İbrahimov, “N” saylı hərbi hissə komandirinin ideoloji və mənəvi psixoloji  təminat üzrə köməkçisi Tural Həsənalıyev, Qarallar kənd dini icmasının sədri, Vətən müharibəsi iştirakçısı Səbuhi İbadov, eləcə də hərbi qulluqçular iştirak ediblər.

Əvvəlcə 31 Mart soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxışlarda bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması baxımından böyük əhəmiyyətə malik olduğu bildirilib. Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlət tərəfindən geniş tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.