Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.09.2024 / Bölgə xəbərləri

Beyləqandakı hərbi hissədə “Zəfərə aparan yol - milli və dini həmrəylik” mövzusu müzakirə olunub

Sentyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Beyləqan rayonundakı “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol - milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşları Bəhrəm Abbaslı, Elvin İbrahimov, hərbi hissə komandirinin ideoloji və mənəvi psixoloji təminat üzrə köməkçisi Ramin Hüseynov, Qarallar kənd məscidinin imamı və dini icma sədri Səbuhi İbadov və şəxsi heyət iştirak edib.

Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Zəfərdən danışılıb. Vurğulanıb ki, Vətən müharibəsində respublikamızda milli və dini həmrəylik nümayiş etdirilib və torpaqlarımız işğaldan azad olunub. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.