Beyləqandakı hərbi hissədə "Vətəni qorumağın fəzilətləri" mövzusu müzakirə olunub
Avqustun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Beyləqan rayon “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Vətəni qorumağın fəzilətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, "Cərcis Peyğəmbər ziyarətgahı” məscidinin imam müavini Məhəmməd Sadıqov, həmçininhərbi hissənin komandirinin köməkçisi Ramin Hüseynov və şəxsi heyət iştirak edib.
Çıxışlarda Vətənin müdafiəsinin dini və mənəvi əsaslarından, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasının əhəmiyyətindən, vətənə xidmətin müqəddəs borc olduğundan bəhs olunub. Bildirilib ki, dini dəyərlərimizdə vətənə sədaqət, torpağa bağlılıq və onun müdafiəsi müqəddəs vəzifə kimi qiymətləndirilir. Gənc nəslin bu ruhda tərbiyə olunması, milli və dini kimliyini qoruyaraq ölkəsinə xidmət etməsi cəmiyyətin davamlı inkişafında mühüm rol oynayır.

