Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.09.2026 / Bölgə xəbərləri

Beyləqandakı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Sentyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və Vətən sevgisi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, N” saylı hərbi hissənin qərargah rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi Çingiz Zeynalov, Qarallar kənd məscidinin imamı Səbuhi İbadov və şəxsi heyət iştirak edib.
Çıxışçılar milli-mənəvi dəyərlərin qorunub yaşadılmasının, gələcək nəsillərə ötürülməsinin və bu dəyərlərə sadiqliyin xalqın milli kimliyinin və dövlətçiliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Vurğulanıb ki, tarixən ölkəmizdə formalaşmış tolerantlıq və birgəyaşayış mühiti, eləcə də Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq məfkurəsi xalqımızın milli həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynayıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi zamanı etnik və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının Vətən uğrunda vahid amal ətrafında birləşməsi xalqımızın həmrəyliyinin bariz nümunəsi olub.