Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.11.2024 / Bölgə xəbərləri

Beyləqandakı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Noyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Dəmir yumruq: güclü lider, rəşadətli ordu və xalq birliyinin təcəssümü” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşları Cəfərsadiq Cəfərli, Elvin İbrahimov və hərbi hissənin şəxsi heyəti iştirak edib. 

Çıxışlarda 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Zəfərdən danışılıb. Bildirilib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. 

Tədbir müzakirələrlə davam etdirilib.