Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.08.2023 / Bölgə xəbərləri

Beyləqanda yerləşən hərbi hissədə dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Avqustun 17-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə  “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları”mövzusunda maarifləndirici tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Ədalətoğlu, Elvin İbrahimov, hərbi hissənin zabitləri -  Heybət Şikarov, Rəşad Əliyev,  Qarallar kənd məscidi dini icmasının sədri və imamı Səbuhi İbadov, eləcə də hərbi qulluqçular iştirak ediblər.

Çıxışlarda bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, dini radikalizmlə mübarizədə dini maarifləndirməyə xüsusi diqqət ayrılmalı, gənclərin dini radikal qrupların təsirinə düşmələrinin qarşısını almaq üçün təbliğat işi düzgün və səmərəli qurulmalıdır.