Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.11.2024 / Bölgə xəbərləri

Beyləqanda “Uşaq hüquqlarının qorunması: hüquqi və mənəvi müstəvidə” mövzusunda tədbir keçirilib

Noyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi Beyləqan rayonu Peşə məktəbinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Uşaq hüquqlarının qorunması: hüquqi və mənəvi müstəvidə” mövzusunda tədbir keçirilib.

Keçirilən tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, Beyləqan rayonu Peşə məktəbinin psixoloqları Sənani Umudov, Sayalı Sadatlı, Beyləqan rayonu “Cərcis Peyğəmbər ziyarətgahı” məscidinin imam müavini Vidadi Mürsəlov, Beyləqan rayonu Peşə məktəbinin müəllim və tələbələri iştirak ediblər. 

Çıxışlarda "Uşaq Hüquqları Aylığı"nın məqsəd və əhəmiyyəti, qanunvericilik və beynəlxalq sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir, iqtisadi, sosial, mədəni, hüquqi və digər sahələrdə mühüm islahatlar aparılır.