Beyləqanda maarifləndirmə tədbiri keçirilib
Fevralın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Beyləqan Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beyləqan rayonu üzrə qazılığının birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin yeri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, Beyləqan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramiz Əliyev, QMİ-nin bölgə qazısı Mirsəccad İmranov, eləcə də din xadimləri, dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətinə toxunulub, qloballaşan dünyada Azərbaycan xalqının soy köklərinə bağlı qalması vurğulanıb.
Tədbir müzakirələrlə davam edib.