Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.11.2025 / Bölgə xəbərləri

Beyləqanda “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Beyləqan Rayon İcra Hakimiyyəti və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində A.Quliyev adına İmamverdilər kənd ümumtəhsil məktəbində “Cəmiyyətin və dini icmaların uşaq hüquqlarının müdafiəsindəki iştirakı” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nin regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, din xadimləri, müəllimlər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Azərbaycanda dövlət-uşaq siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən ətraflı məlumat verilib. Eyni zamanda, uşaqların hüquqlarının müdafiəsi, onların təhlükəsiz və sağlam inkişafının təmin edilməsi, dini icmaların bu sahədə rolunun artırılmasının vacibliyi vurğulanıb.