Beyləqanda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusu müzakirə olunub
Yanvarın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Beyləqan Rayon İcra Hakimiyyəti (RİH) və rayon Peşə məktəbinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib.
Keçirilən tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elçin Abdullayev, “Cərcis Peyğəmbər ziyarətgahı” məscidinin imam müavini Vidadi Mürsəlov, məktəbin müəllimləri və tələbələri iştirak ediblər.
Natiqlər ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd ediblər. Bildirilib ki, Azərbaycan qadın hüquqlarını və gender bərabərliyini dəstəkləyən bir sıra konvensiyalara qoşulub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

